COP29 I Bakı Limanında İntermodal Yük Terminalı tikiləcək

   COP29 I   Bakı Limanında İntermodal Yük Terminalı tikiləcək
  12 Noyabr 2024    Oxunub:578
Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında yeni İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb.
Bu barədə Sazişi “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, "Qazaxıstan Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev və “Xi’an Free Trade Port Consruction and Operation Co Ltd”nin baş direktoru Yuan Xiaojun imzalayıb.

Layihə çərçivəsində Ələt qəsəbəsində yerləşən Bakı Limanının ərazisində 40 hektarlıq sahədə İntermodal Yük Terminalının infrastrukturunun yaradılması və inkişafı nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti