"ASAN xidmət" ICESCO ilə əməkdaşlığı genişləndirir

"ASAN xidmət" ICESCO ilə əməkdaşlığı genişləndirir
  16 Noyabr 2024    Oxunub:308
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik ilə görüşüb.
Qurumdan verilən məluata görə, görüş Bakıda keçirilən “Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində "ASAN xidmət" tərəfindən təşkil olunan Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda baş tutub.

ICESCO pavilyonunda gerçəkləşən görüşdə Dövlət Agentliyi ilə ICESCO arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində həyata keçirilmiş işlərlə bağlı müzakirələr aparılıb. Həmçinin yeni əməkdaşlıq istiqamətləri üzrə birgə fəaliyyət proqramının hazırlanmasına dair razılığa gəlinib.
AzVision.az



Teqlər:





Xəbər lenti