İlham Əliyev Əl-Əzhər Şeyxinə başsağlığı verib

   İlham Əliyev Əl-Əzhər Şeyxinə başsağlığı verib
  16 Noyabr 2024    Oxunub:227
Prezident İlham Əliyev Əl-Əzhərin Şeyxi, Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyibə başsağlığı verib.
AzVision.az xəbər verir ki, başsağlığında deyilir:

“Zati-həzrətləri,

Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

AzVision.az



Teqlər:





Xəbər lenti