Ağ Evin yeni “ağıll və sərt” mətbuat katibi

   Ağ Evin yeni    “ağıll və sərt”    mətbuat katibi
  16 Noyabr 2024    Oxunub:271
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsinə 27 yaşlı Karolin Livittin namizədliyini irəli sürüb.
AzVision.az Amerika mediasına istinadən xəbər verir ki, xanım Livitt Ağ Evin tarixində ən gənc mətbuat katibi olacaq. Buna qədər Karolin Livitt Donald Trampı seçki kampaniyasında təmsil edib və onun ilk prezidentliyi dövründə mətbuat katibinin köməkçisi olub.

Livittin seçki kampaniyasında “fenomenal iş” gördüyünü deyən Tramp, gənc xanımı “ağıllı və sərt” şəxs kimi qiymətləndirərək, onun “effektiv ünsiyyətçi” olduğunu vurğulayıb.

“Mən əminəm ki, o, kürsüd də uğurlu olacaq və Amerikanı yenidən möhtəşəm etdiyimiz barədə mesajımızı Amerika xalqına çatdırmağa kömək edəcək”, - ABŞ-nin yeni seçilmiş prezidenti bildirib.

Karolin Livitt Trampın ilk administrasiyası dövründə Ağ Evdə mətbuat katibinin köməkçisi və Prezident yazışmaları ofisində işlədikdən sonra Nyu-York nümayəndəsi Eliza Stefanikin mətbuat katibi vəzifəsində çalışıb. Bundan başqa, xanım Livitt 2022-ci ildə Nyu-Hempşir Konqresinə seçkilərdə namizəd olub. Tramp isə müttəfiqi olan Eliza Stefanikin namizədliyini hazırda ABŞ-nin BMT-dəki səfiri vəzifəsinə irəli sürüb.

Xatırladaq ki, 2022-ci il mayın 13-dən Ağ Evin mətbuat katibi Karin Jan-Pyerdir. O, bu vəzifəni tutan ilk qaradərili qadın və LGBT camiəsinin nümayəndəsidir. Karin Jan-Pyer həmçinin bu il oktyabrın 7-dən həm də prezident Co Baydenin baş məsləhətçisidir. Ondan əvvəl Ağ Evin mətbuat katibi vəzifəsini Cen Psaki tutub, hazırda o, “MSNBC” telekanalının aparıcısıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Livitt   mətbuat  





Xəbər lenti