Tramp Əfqanıstana görə hərbçiləri məhkəməyə verəcək

   Tramp Əfqanıstana görə hərbçiləri məhkəməyə verəcək
  18 Noyabr 2024    Oxunub:612
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandasının üzvləri 2021-ci ildə Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasının təşkilində iştirak edən təqaüdə çıxmış və fəaliyyətdə olan hərbi qulluqçuların siyahısını hazırlayır. Habelə, onların məsuliyyətə cəlb olunması imkanları araşdırılır.
AzVision.az xəbər verir ki, hökumət rəsmiləri, eləcə də siyahının tərtibi ilə bağlı işlərlə tanış olan mənbələr “NBC News” telekanalına belə məlumat ötürüblər. Onların iddiasına görə, bu işə digərləri ilə yanaşı, Müdafiə nazirinin Narkotiklərlə Mübarizə və Qlobal Təhdidlər üzrə köməkçisinin keçmiş müavini Matt Flynn də cəlb edilib.

“Trampın komandası qoşunların Əfqanıstandan çıxarılması şəraitini araşdırmaq üçün xüsusi komissiya yaratmaq imkanını nəzərdən keçirir. Bu komissiya digər məsələlərlə yanaşı, qoşunları Əfqanıstandan çıxarmaq qərarına gələn hərbçilərə qarşı dövlətə xəyanət ittihamı da daxil olmaqla, cinayət ittihamının irəli sürülməsi ilə bağlı qərar verəcək”, - telekanalın həmsöhbətləri bildirblər.

Tramp komandasının planı ilə tanış olan mənbə onların buna çox ciddi yanaşdıqlarını vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Əfqanıstan   məhkəmə  





Xəbər lenti