Onun sözlərinə görə, Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvili hakim “Gürcü arzusu” Partiyasının dəstəklədiyi namizəd idi:
Gürcünün arzuları | Vüsal Məmmədovun yazısı |
Politoloq qeyd edib ki, Gürcüstanda 14 dekabrda Prezident seçkisi keçiriləcək:
"Hakim partiyanın namizədi var. Buna baxmayaraq, Salome Zurabişvili 14 dekabrdan sonra vəzifəsini tərk etməyəcəyini açıqlayıb. Bu, Gürcüstanda gərginliyi daha da artıracaq. Qərb ölkələri nə Gürcüstan hökumətinin və parlamentin legitimliyini, nə də yeni dövlət başçısını tanıyır. Bu vəziyyətdə Gürcüstan hökuməti Qərbə alternativ olaraq Rusiya ilə yaxınlaşmağa çalışa bilər. Gürcüstanın indiyə qədər iştirak etmədiyi 3+3 (Türkiyə, İran, Rusiya + Azərbaycan, Gürcüstan, Ermənistan) formatına da qatılması mümkündür".
Həmidə İbrahimova
AzVision.az