İrəvan meriyası tətil edən sürücüləri həbslə hədələdi - VİDEO
Nəşr yazıb ki, İrəvan meriyası nəqliyyatın çökməsinə səbəb olan sürücüləri onlara qarşı cinayət işlərinin açılması ilə hədələyib.
Meriyanın mətbuat katibi Hayk Kostanyan sosial şəbəkələrdə paylaşım edərək yazıb ki, “İrəvan avtobusu” QSC-nin bir çox işçisi əvvəlcədən xəbərdarlıq etmədən tətilə çıxıb. Bu isə vətəndaşları çətin vəziyyətdə qoyur: "Nəzərinizə çatdırırıq ki, sürücülərin hərəkətlərinə əmək qanunvericiliyi çərçivəsində qiymət veriləcək, onlara cinayət-hüquqi qiymət verilməsi üçün səlahiyyətli orqanlarla da əlaqə saxlayacağıq".
Meriya rəsmisi iddia edib ki, vahid bilet sisteminin tətbiqi ilə paralel olaraq gediş haqlarındakı "kölgə dövriyyəsi" azalır. Sürücülərin vaxtaşırı qaldırdıqları problemlərin həllinə baxmayaraq, onların əhəmiyyətli bir hissəsi zaman-zaman məntiqsiz məsələlər irəli sürürlər. Kostanyan qeyd edib ki, tələblərdə şantaj elementləri var.
Tural Tağıyev
AzVision.az
Teqlər: İrəvan