Qəzzada 130 mindən çox insan aclıqdan əziyyət çəkir - BMT

Qəzzada 130 mindən çox insan aclıqdan əziyyət çəkir -    BMT
  03 Dekabr 2024    Oxunub:335
Qəzzada 130 mindən çox insan müharibə nəticəsində yaranan aclıqdan əziyyət çəkir.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin yaydığı hesabatda deyilir.

Qəzzada hər gün 30-dan çox fələstinli ölür
Bildirilib ki, kəskin aclıq yaşayan qəzzalıların sayı yaxın aylarda üç dəfə arta bilər. Bundan əlavə Qəzzanın şimalında son həftələrdə 130 mindən çox sakinin evlərini tərk etmək məcburiyyətində qaldığı vurğulanıb.

Xatırladaq ki, 7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra HƏMAS silahlıları sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, İsrail tərəfində 1,2 minə yaxın insan həlak olub.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Qəzza   İsrail  





Xəbər lenti