Vüqar Həşimovun valideynlərinin son durumu açıqlanıb

   Vüqar Həşimovun valideynlərinin son durumu açıqlanıb
  03 Dekabr 2024    Oxunub:563
Novxanıda fərdi yaşayış evində partlayış baş verməsi səbəbindən dekabrın 3-də saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
TƏBİB-dən bildirilib ki, hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb edilib.

Novxanıda partlayış olub, Vüqar Həşimovun valideynləri yaralanıb
"Hadisə nəticəsində xəsarət alan iki nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Onların müalicələri davam etdirilir, vəziyyətləri ağırdır", - məlumatda qeyd olunub.

Novxanıda partlayış zamanı xəsarət alan şəxslər mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri Qasım Həşimov və Aidə Həşimovadır.

AzVision.az


Teqlər:  





Xəbər lenti