Kobaxidze yenidən Baş nazir olacaq

   Kobaxidze yenidən Baş nazir olacaq
  21 Noyabr 2024    Oxunub:646
Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra formalaşacaq yeni hökumətin başçısının adını açıqlayıb.
Bu barədə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze məlumat verib. Onun sözlərinə görə, hakim partiya hazırkı Baş nazir İrakli Kobaxidzenin yenidən Gürcüstanın Baş naziri vəzifəsinə namizədliyini irəli sürüb.

O bildirib ki, partiyanın siyasi şurasının qərarına əsasən, Baş nazir vəzifəsinə namizəd yenə İrakli Kobaxidze olacaq. Parlamentin sədri vəzifəsinə isə yenidən Şalva Papuaşvilinin namizədliyi irəli sürüləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti