ABŞ Rusiyada 200 hədəf seçib: Öncə Rostov vurulacaq

  ABŞ Rusiyada 200 hədəf seçib:  Öncə Rostov vurulacaq
  24 Noyabr 2024    Oxunub:470
Birləşmiş Ştatlar Rusiyaya ATACMS raketləri ilə hücum xəritəsini tərtib edib. Xəritədə 200 hədəf qeyd olunub. The Wall Street Journal (WSJ) yazır ki, ilk hədəf Rostov vilayəti olacaq. Ukrayna Silahlı Qüvvələri uzaqmənzilli ATACMS raketləri ilə Rostovun 4 hərbi aerodromunu vuracaq.
WSJ Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitik mərkəzi tərəfindən tərtib edilmiş xəritəyə istinad edir. Sözügedən 200 hərbi hədəf məhz bu mərkəzin xəritəsində göstərilib.

Noyabrın 17-də məlum oldu ki, ABŞ prezidenti Cozef Bayden Ukraynaya Rusiyaya ilə müharibədə ATACMS raketlərindən istifadəyə icazə verib. Noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın Bryansk vilayətinə 6 uzaqmənzilli Amerika raketi atdı. Rusiya tərəfinin məlumatına görə, onlardan beşi “Pantsir” və S-400 zenit-raket kompleksləri vasitəsilə vurulub, biri yararsız hala gətirilib.


Daha sonra Ukrayna prezidenti Vladimir Zelenski bəyan etdi ki, Rusiya ərazisinə uzaqmənzilli silahlarla dəfələrə zərbələr endirilib. “Biz ilk dəfə deyil ki, belə silahlardan istifadə edirik. Beynəlxalq hüquq normalarına uyğun olaraq, bunu etməyə haqqımız çatır”,- o vurğulayıb.

Rusiya Ukrayna Silahlı Qüvvələrinin zərbələrinə “Oreşnik” atmaqla cavab verdi. Noyabrın 21-də Rusiya “Oreşnik” ortamənzilli ballistik raketdən istifadə etməklə Dnepropetrovskdakı raket və silah istehsalı müəssisəsinə kompleks hücuma keçdi. Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Moskva Ukraynanın Kursk və Bryansk vilayətləri ərazisinə endirilən zərbələrə uzaqmənzilli ATACMS və “Storm Shadow” raketlərindən istifadə etməsinə cavab verib.


Bu o deməkdir ki, Qərb müttəfiqləri Ukrayna Silahlı Qüvvələrini silahla təmin etməyə davam edərsə, Rusiya ordusu onların dünyanın istənilən nöqtəsindəki təchizat mərkəzlərini heç bir hava hücumundan müdafiə sisteminin tab gətirə bilməyəcəyi silahlarla vura bilər.

Səbinə Həsənova
AzVision.az


Teqlər: Müharibə  





Xəbər lenti