Mirzoyan Finlandiyanın XİN rəhbəri ilə Azərbaycanla sülh prosesini müzakirə edib

Mirzoyan Finlandiyanın XİN rəhbəri ilə Azərbaycanla sülh prosesini müzakirə edib
  28 Noyabr 2024    Oxunub:324
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Helsinkidə finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşüb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb

Məlumatda bildirilib ki, Cənubi Qafqazda davamlı sabitliyin bərqərar olması kontekstində Ararat Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının vacibliyini vurğulayıb, həmçinin regional kommunikasiyaların açılmasına dair Ermənistanın baxışını təqdim edib.

Ermənistan və Finlandiyanın xarici işlər nazirləri regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Teqlər:





Xəbər lenti