Şagirdlərdən müəllimlərə şokolad jesti: Sevgi, yoxsa müzakirəyə açıq trend?

   Şagirdlərdən müəllimlərə şokolad jesti: Sevgi, yoxsa müzakirəyə açıq trend?
  17 Dekabr 2024    Oxunub:615
Son günlər sosial şəbəkələrdə şagird və tələbələrin müəllimlərə şokolad bağışlamasını əks etdirən videolar geniş müzakirələrə səbəb olub. Məsələyə münasibətlər fərqlidir: bəziləri bu jesti sevgi və hörmətin təzahürü kimi qiymətləndirsə də, digərləri müəllimlərə ən böyük hədiyyənin bilik və mənəvi hörmət olduğunu düşünür.
Mövzu ilə bağlı AzVision.az-a danışan təhsil eksperti Nadir İsrafilov hesab edir ki, bu cür məsələlərə fərqli yanaşmalar mövcuddur, lakin təhsilin əsas problemləri diqqətdən kənarda qalmamalıdır:

“Bu gün özünü misir fironları kimi aparan məktəb direktorları da az deyil” - Ekspert
"Təhsilimizdə hazırda həlli vacib olan məsələlər var: yeni təhsil standartlarının hazırlanması, ali məktəblərimizin beynəlxalq reytinq problemləri, məktəbəqədər təhsil müəssisələrindəki yer çatışmazlığı və ümumilikdə təhsilin beynəlmiləlləşməsi bu sıralamada öndədir.”


O, əlavə edib ki, hazırda ümumtəhsil məktəblərində optimallaşdırma ilə bağlı siniflərin birləşdirilməsi, bəzi məktəblərin bağlanması və müəllimlərin sertifikasiya prosesi kimi məsələlərlə ciddi narahatlıqlar yaradır. Ekspertin fikrincə, müəllim-şagird münasibətlərində hörmət və sevginin ifadəsi simvolik və mənəvi dəyərlərlə ölçülməlidir. Xaricdən gələn bəzi trendlər isə bəzən cəmiyyətin diqqətini təhsildəki həqiqi problemlərdən yayındıra bilər.

“Müəllimi şokolad bağışlamaqla sevindirməkdənsə, kiçik mənəvi hədiyyələrlə qürurlandırmaq daha yerinə düşərdi. Bu gün müəllimlərə təmənnasız dəstək və mənəvi dəyər daha çox lazımdır.”

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   məktəb   müəllim   şagird  





Xəbər lenti