Türkiyə və Avropa İttifaqı Suriyanın gələcəyini müzakirə edib

Türkiyə və Avropa İttifaqı Suriyanın gələcəyini müzakirə edib
  17 Dekabr 2024    Oxunub:365
Türkiyə və Avropa İttifaqı inklüziv hökumətin formalaşması ilə Suriyanın suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanması zərurətində eyni fikirdədir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenlə görüşündən sonra mətbuata açıqlamasında deyib. O, Ankara ilə Brüssel arasında münasibətlərin perspektivlərinə toxunaraq, Türkiyə və qurumun ortaq maraqlarının bəzi Aİ üzvlərinin bəzi planlarının girovuna çevrilməməli olduğunu vurğulayıb.

"Bu gün Türkiyə ilə Aİ arasında hər zamankindən daha güclü və daha institusional əlaqələrə ehtiyac var. Namizəd ölkə olaraq Türkiyə buna sadiqdir. Ümid edirəm ki, Aİ-nin qarşıdan gələn zirvə toplantısının qərarları Türkiyə ilə qurum arasında Gömrük İttifaqının yenilənməsinə, həmçinin vizasız rejim əldə olunana qədər Türkiyə vətəndaşları üçün viza prosedurlarının sürətləndirilməsinə töhfə verəcək".

Terrorla mübarizəyə toxunan Ərdoğan qeyd edib ki, Türkiyə PKK və İŞİD terror təşkilatlarını döyüş meydanında məğlub edən yeganə NATO ölkəsidir.

AzVision.az



Teqlər:





Xəbər lenti