Kats: "7 oktyabr"dan əvvəlki vəziyyətə qayıtmaq yolverilməzdir"

    Kats:    "7 oktyabr"dan əvvəlki vəziyyətə qayıtmaq yolverilməzdir"
  17 Dekabr 2024    Oxunub:500
"İsrai HƏMAS-ı zərərsizləşdirəndən sonra Qəzza zolağında tam hərəkət azadlığı ilə təhlükəsizlik nəzarətini öz əlinə götürəcək".
Bu sözləri İsrailin müdafiə naziri İsrael Kats "X" hesabında yazıb. O vurğulayıb ki, Qəzzada İsrailin yaşayış məntəqələrinə, vətəndaşlarına qarşı hər hansı terror təhlükəsinin qalmasına yol verilməyəcək.
Netanyahu Colan təpələrinə gedib

"HƏMAS-ın və digər terror qruplaşmalarının ötən il oktyabrın 7-dən əvvəlki dövrdəki kimi sərbəst hərəkətinə əsla imkan verməyəcəyik", - nazir diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Qəzza   HƏMAS   müharibə  





Xəbər lenti