Suriyanın Mərkəzi Bankında 2,2 milyard dollarlıq qızıl qalıb

Suriyanın Mərkəzi Bankında 2,2 milyard dollarlıq qızıl qalıb
  17 Dekabr 2024    Oxunub:390
Bəşər Əsəd rejimi devrildikdən sonra Suriyanın Mərkəzi Bankının anbarlarında qalan qızılın həcmi təxminən 26 tona bərabərdir.
AzVision.az xəbər verir ki, vəziyyətdən xəbərdar olan mənbələrə istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.

Məlumatda bildirilir ki, 2011-ci ildə vətəndaş müharibəsi başlayana qədər Mərkəzi Bankda eyni miqdarda qızıl olub. Agentliyin hesablamalarına əsasən, Suriyanın qızıl ehtiyatlarının hazırkı bazar qiymətləri ilə dəyəri 2,2 milyard dollar təşkil edir.

“Talançılar qısa müddət ərzində Mərkəzi Bankın bəzi şöbələrində olublar. Suriya funtlarını oğurlayıblar, lakin əsas anbara çata bilməyiblər. Mənbələrdən birinin dediyinə görə, anbar partlayışlardan mühafizə olunub və açılış üçün kod kombinasiyası və üç açar lazımdır ki, onlar da müxtəlif şəxslərdə saxlanılır”, - agentliyin dərc etdiyi materialda vurğulanır.

WSJ: “Əsəd ailəsinin milyardlarına “ov” başlayıb
Qeyd edək ki, bundan əvvəl mənbələrə istinad edən Amerikanın “The Wall Street Journal (WSJ)” nəşri Bəşər Əsəd ailəsinə məxsus milyardlara beynəlxalq miqyasda “ov mövsümü”nün başlandığını yazmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Suriya   qızıl   ehtiyatlar  





Xəbər lenti