İsveçrə Suriya müxalifət liderini danışıqlara buraxa bilər

İsveçrə Suriya müxalifət liderini danışıqlara buraxa bilər
  17 Dekabr 2024    Oxunub:281
İsveçrə Suriyadakı silahlı müxalifətin lideri Əbu Məhəmməd əl-Culaninin danışıqlar üçün ölkəyə daxil olmasına icazə verə bilər.
AzVision.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Sanksiyaya məruz qalan şəxslərin İsveçrəyə daxil olmasına və ya tranzit keçməsinə icazə verilmir. Ancaq diplomatik və ya tibbi səbəblərə görə istisnalar olur”, - deyə xidmətin sözçüsü bildirib.

Onun sözlərinə görə, hər bir işə fərdi baxılır.

AzVision.az



Teqlər:





Xəbər lenti