Zurabişvili hakimiyyəti dövlət çevrilişi ilə hədələyib

Zurabişvili hakimiyyəti dövlət çevrilişi ilə hədələyib
  24 Dekabr 2024    Oxunub:441
Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının yeni parlament seçkiləri ilə bağlı müxalifətlə razılaşmadığı təqdirdə rejimin mümkün devrilə biləcəyi barədə xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, Zurabişvili böhranın qarşısını almaq üçün qanuni yolların tökəndiyini və məhkəmələrin hüquq sisteminin təkmil olmadığına görə nəticə vermədiyini bildirib.

“Konstitusiya Məhkəməsi “Gürcü arzusu”nun qələbəsi ilə bağlı iddiaya baxmayıb ki, bu da ölkədə antikonstitusion vəziyyət yaradıb”, - Zurabişvili iddia edib.

O, Gürcüstanda yeni parlament seçkilərini tələb edərək, ölkədəki hakimittərin devrilə biləcəyini açıqlayıb. Zurabişvili yeganə çıxış yolunu dekabrın 29-dan əvvəl, yəni özünün prezidentlik səlahiyyətlərinə xitam verilənə qədər, keçirilməli olan yeni seçkilərdə görür. O, bunu xalqın, müxalifətin və özünün tələbi adlandırıb.

“Rejim öz-özünə yıxılır, heç kimin bu işə qarışması yoxdur. Bu, hakimiyyətdə olanların günahıdır, çünki onlar vaxtında özlərinə gəlməyiblər”, - Salome Zurabişvili iddia edib.

Xatırladaq ki, Salome Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımayıb. Dekabrın 14-də isə Gürcüstanda keçmiş futbolçu Mixail Kavelaşvilinin qalib gəldiyi prezident seçkiləri keçirilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: 371722/   Zurabişvili   çevriliş   xəbərdarlıq  





Xəbər lenti