Baxtiyor Saidov: "Özbəkistan Azərbaycanla həmrəydir"
Özbəkistan Respublikasının qardaş Azərbaycan Respublikası ilə bu çətin günlərdə həmrəy olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha belə bir faciənin baş verməməsinə ümidvarlıq ifadə edilib.
Nazir Ceyhun Bayramov baş sağlığına, ölkəmiz və xalqımız üçün ağır bir gündə göstərilən dəsətəyə görə qardaş Özbəkistan Respublikasına təşəkkür edib.
Qəzanın baş verdiyi ilk dəqiqələrdən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyasının yaradıldığı, ölkəmizin müvafiq qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin qəza yerinə ezam olunduğu bildirilib, qəzanın fəsadlarının aradan qaldırılması, xəsarət alanlara yardım göstərilməsi üçün görülən tədbirlər barədə məlumat verilib.
AzVision.az
Teqlər: