Azərbaycanın İstanbuldakı baş konsulluğunda təyyarə qəzasının qurbanlarının xatirəsi anılıb

   Azərbaycanın İstanbuldakı baş konsulluğunda təyyarə qəzasının qurbanlarının xatirəsi anılıb
  26 Dekabr 2024    Oxunub:505
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatlarını itirənlərin xatirəsi ölkəmizin İstanbuldakı baş konsulluğunda da anılıb.
AzVision.az xəbər verir ki, faciə qurbanlarına ehtiram məqsədilə ölkəmizin İstanbuldakı baş konsulluğunun binasında dalğalanan Azərbaycan Bayrağı yarıya qədər endirilib, başsağlığı kitabı açılıb.

Türkiyədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, o cümlədən müxtəlif ölkələrin İstanbuldakı baş konsulları, eləcə də Türk Dövlətləri Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və bir sıra digər qurumların əməkdaşları Baş konsulluğumuza gələrək Azərbaycana başsağlığı diləklərini kitaba əks etdiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti