Kazan aeroportunda məhdudiyyətlər səbəbindən reyslər təxirə salınıb
Bildirilib ki, İstanbula və Moskvaya gedən təyyarələr təxirə salınıb.
Bundan əvvəl uçuşların təhlükəsizliyini təmin etmək üçün Kazan hava limanında iş məhdudiyyətləri tətbiq edilib. Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako bildirib ki, müvəqqəti olaraq uçuşlar qəbul olunmur və göndərilmir.
Oxşar məhdudiyyət Soçi hava limanında da tətbiq edilib. İlkin məlumata görə, bu, PUA hücumları ilə əlaqədardır. Səhər saatlarında Rusiya Müdafiə Nazirliyi 13 Ukrayna pilotsuz təyyarəsinin bir gecədə ölkənin beş bölgəsində vurulduğunu bildirib.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: Kazan