Rusiya İstintaq Komitəsinin sədri Kamran Əliyevlə danışıb

Rusiya İstintaq Komitəsinin sədri Kamran Əliyevlə danışıb
  29 Dekabr 2024    Oxunub:656
Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin ilə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev arasında telefon danışığı olub.
İdarə rəhbərləri Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı aparılan araşdırmaların gedişini müzakirə ediblər. Təyyarədə iki ölkənin, həmçinin Qazaxıstan və Qırğızıstanın vətəndaşları olub. Söhbət rusiyalı müstəntiqlər və kriminoloqlar, Azərbaycan və Qazaxıstanın istintaq-əməliyyat qruplarından olan həmkarları arasında yaxşı qurulmuş hərtərəfli qarşılıqlı əlaqə barədə olub.

Aleksandr Bastrıkin əmin edib ki, Rusiya tərəfindən İstintaq Komitəsinin mərkəzi aparatının aviasiya qəzalarının təhqiqi sahəsində ən təcrübəli əməkdaşları cəlb olunub və onlar qabaqcıl məhkəmə-tibbi avadanlıqlarla təchiz olunublar. O əlavə edib ki, kompleks istintaq hərəkətləri həyata keçirilir ki, onların məqsədi baş vermiş faciənin bütün səbəblərini və onunla bağlı məqamları müəyyən etməkdən ibarətdir.

Söhbət zamanı tərəflər birgə təhqiqat planı çərçivəsində prioritet vəzifələri müəyyənləşdirib, bundan sonra da hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti