Prezident bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb

   Prezident bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb
  31 Dekabr 2024    Oxunub:1115
Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.

“Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti