Aydınlık: “ABŞ bütün dünyada terrorçuluğu dəstəkləyir”

   Aydınlık:    “ABŞ bütün dünyada terrorçuluğu dəstəkləyir”
  13 Yanvar 2025    Oxunub:357
Bütün dünyada terrora dəstək verən ABŞ müxtəlif ölkələrdə xaosa səbəb olub. İndi Birləşmiş Ştatların özü sarsılır, Amerika növbəti vətəndaş müharibəsi ilə üz-üzədir.
AzVision.az xəbər verir ki, Türkiyənin “Aydınlık” qəzetində dərc olunan materialda hadisələrin bu cür inkişafının bir çox səbəbləri və ilkin şərtlərinin olduğu göstərilir: xüsusilə Kapitoliya hücumdan sonra, o cümlədən, Texasın Vaşinqtona tabe olmaqdan imtina etməsi, vətəndaşların gəlirlərindəki boşluq.

“Hətta Nyu-York, Las-Veqas və Yeni Orleanda yaşanan terror aktları da bundan xəbər verir. Bəzi ekspertlər bunu prezident seçkilərinin qalibi Donald Trampın gəlişi ilə əlaqələndirirlər. Lakin bu, yeganə məsələ deyil. Müxtəlif ölkələrdə, o cümlədən də Ukraynada terror aktlarını törədənlər ABŞ hərbçiləri, şübhəli əməliyyatların iştirakçılarıdır”, - məqalə müəllifləri iddia edirlər.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin gələcək prezidenti Donald Tramp Ukraynada münaqişənin hazırkı prezident Co Bayden administrasiyasının səriştəsizliyi ucbatından başladığını deyib. Onun fikrincə, Rusiya buna müvafiq olan qərarlar qəbul edib. Çünki Moskva Amerika administrasiyasının səriştəsizliyini aşkarlayıb.

ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skott Ritter, öz növbəsində, ABŞ-da hərbi təlim keçmiş ukraynalıların Amerikanın daxili təhlükəsizliyi üçün risk yarada biləcəklərini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   terrroçuluq   risklər   Tramp  





Xəbər lenti