Erməni deputatlar yaz sessiyasına "Paşinyanın himni" ilə başladılar - VİDEO

Erməni deputatlar yaz sessiyasına  "Paşinyanın himni"  ilə başladılar    - VİDEO
  20 Yanvar 2025    Oxunub:511
Ermənistan parlamenti 2025-ci ilin yaz sessiyasına dövlət himninin yeni variantının ifası ilə başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilib ki, himni ifa etmək üçün iclas zalına xüsusi xor qrupu dəvət olunub.

Paşinyan himnə "əl gəzdirib" - Mətn qısaldılır
Himninin mətninə dövlət bayrağı ilə bağlı yeni sözləri əks etdirən misra daxil edilib. Bu qərar isə hələlik rəsmi təsdiqini tapmayıb.

“Hayastan” fraksiyasından olan deputatlar Qeqam Manukyan və Artsvik Minasyan himnin ifasına qarşı çıxış ediblər.

Manukyan bəyan edib ki, yeni himn qanunvericilik səviyyəsində təsdiqlənməyincə parlamentdə ifa edilə bilməz. Onun sözlərinə görə, hansı himnin ifa olunacağına parlament sədrinin seçimləri ilə deyil, qanunla qərar verilməlidir.

Xatırladaq ki, Ermənistan himninə dəyişiklik edilməsi təşəbbüsü hakim “Mülki müqavilə” fraksiyasının deputatları tərəfindən irəli sürülüb və bu ideya baş nazir Nikol Paşinyan tərəfindən dəstəklənib.

Hökumət 2024-cü il noyabrın 28-də keçirilən iclasda “Ermənistan Respublikasının Dövlət himni haqqında” qanuna dəyişiklik layihəsini təsdiqləyib. Lakin parlament hələ ki, sənədi təsdiq etməyib.

Xüsusilə, himnin sonuncu misrasının dəyişdirilməsi təklif edilir. Bu zaman mətn “Xalqının azadlığı uğrunda ölən nə bəxtiyardır” sözləri ilə deyil, “Qoy Ermənistan həmişə var olsun”la bitəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Parlament   Himn   Paşinyan   Ermənistan  





Xəbər lenti