Tramp məşhur sovet komediyasında çəkilmək istəyibmiş

// Leonid Qayday "Mən belə artist tanımıram" deyib

 Tramp  məşhur sovet komediyasında  çəkilmək istəyibmiş
  22 Yanvar 2025    Oxunub:393
ABŞ prezidenti Donald Tramp məşhur sovet rejissoru Leonid Qaydayın “Deribasovskayada hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağış yağır” kinokomediyasının Atlantik-Sitidəki “Tac- Mahal” kazinosunda pulsuz çəkilməsinə icazə vermişdi. Üstəlik,danışmadan olsa belə, filmdə görünməyi xahiş etmişdi. Amma Qayday buna razılıq verməyib.


Rusiyalı aktyor Dmitri Xaratyan “Sabahınız xeyir” proqramında ABŞ-nin indiki prezidenti Donald Trampın rejissor Leonid Qaydaydan onun filmində epizodik rol istədiyini bildirib.
Bu barədə rusiyalı aktyor Dmitri Xaratyan “Sabahınız xeyir” proqramında məlumat verib. Onun sözlərinə görə, Qaydayın cavabı belə olub: “O kimdir? Mən belə artist tanımıram. Mənim filmimdə Sovet İttifaqının xalq artistləri çəkilirlər - Myaqkov, Kuravlyov, Ciqarxanyan... Donald Tramp kimdir?”"

- Amma nahaq bel edib... Düşünürəm ki, indi gərək olardı!,- Xaratyan vurğulayıb.

Xatırladaq ki, Xaratyan həmin komediyada SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) fövqəlcasusu rolunda çəkilib.

Donald Tramp dəfələrlə müxtəlif filmlərdə epizodik rollarda oynayıb. Onun ən məşhur epizodik rollarından biri Kris Kolambusun “Evdə tək 2: Nyu-Yorkda itirilmiş uşaq” filmindədir. Trampın ekranda görünməsi təxminən 10 saniyə çəkir - o, Makoley Kalkinin canlandırdığı baş qəhrəmana otelin foyesinin yolunu göstərir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Qayday   film  





Xəbər lenti