Kiyev Kurskda bir günə 300-ə yaxın hərbçi itirdi

Kiyev Kurskda bir günə 300-ə yaxın hərbçi itirdi
  31 Yanvar 2025    Oxunub:330
Rusiya hərbçiləri Ukrayna qüvvələrinin Kursk bölgəsinə soxulmaq cəhdini dəf edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ukrayna ordusu hər ay 50 min itki verir
Qeyd edilib ki, sutka ərzinə baş verən toqquşmalar zamanı düşmən 270-dən çox hərbçi, iki tank, yeddi zirehli döyüş maşını, 28 texnika, iki minaatan, bir reaktiv yaylım atəşi sistemi, bir radioelektron mübarizə stansiyası, bir hava hücumundan müdafiə radiolokasiya stansiyası, dörd komanda postu və iki sursat anbarı məhv edilib.

"Bu gün, yanvarın 31-də hava hücumundan müdafiə sistemləri Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus iki pilotsuz təyyarəni vurub. Bundan əlavə, Kursk vilayətinin sərhəd bölgəsində iki Ukrayna raketi məhv edilib", - nazirliyin məlumatında yazılıb.

Qeyd edək ki, dünən Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin (VSU) son altı ayda ağır itkilər verdiyini açıqlamışdı. Bildirilib ki, VSU-nun aylıq itkiləri ardıcıl olaraq təxminən 50 min nəfər və daha yüksək göstəricidə olub.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Kursk  





Xəbər lenti