Tramp “tarif müharibələri”nə başladı
Bu sərəncamlar faktiki olaraq hər 3 ölkə ilə bir neçə ildir mövcud olan rüsumsuz ticarəti ləğv edir.
Cavabında Kanadanın baş naziri Castin Trüdo ABŞ mallarına 25 faiz rüsum tətbiq edəcəyini açıqlayıb. Hökumət başçısı bildirib ki, 4 fevraldan etibarən 30 milyard dollarlıq mallara dərhal, 125 milyard dollarlıq məhsullara isə 21 gün ərzində əlavə rüsumlar tətbiq ediləcək.
Baş nazir xalqı marketlərdən ABŞ məhsulları yerinə Kanada məhsulları almağa çağırıb.
Meksika Prezidenti Klaudia Şeynbaum da Trampın 25 faizlik rüsum qərarına cavab olaraq hökumətə ölkənin maraqlarını müdafiə etmək üçün rüsum və qeyri-rüsum tədbirlərini özündə birləşdirən “B Planı”nı həyata keçirməyi tapşırdığını deyib. Rüsumlarla bağlı digər detallar açıqlanmayıb.
Rəsmi Pekin isə ABŞ-nin əlavə rüsumlar tətbiq etməsi ilə əlaqədar Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edəcək. Çinin Ticarət Nazirliyi bildirib ki, rəsmi Vaşinqton əlavə rüsumlar tətbiq etməklə qurumun qaydalarını ciddi şəkildə pozub. Pekin də cavab olaraq ABŞ-dan idxal olunan mallara əlavə rüsum tətbiq ediləcək.