Manatın dövretmə sürəti azalıb

Manatın dövretmə sürəti azalıb
  01 Fevral 2025    Oxunub:368
Bu ilin yanvarın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,45 bənd təşkil edib.
AzVision.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü ilin dekabrın 1-i ilə müqayisədə 0,12 bənd az, 2024-cü ilin əvvəlinə nisbətən 0,03 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
AzVision.az



Teqlər:





Xəbər lenti