“Ukraynanı düzgün işlər görməyə məcbur etməliydik. Bu asan vəziyyət deyildi. Oval kabinetdə kiçik bir səhnə gördünüz, amma düşünürəm ki, onlar indi düzgün iş görürlər və biz sülh razılaşması, atəşkəs əldə etməyə, sonra isə sülh razılaşmasına nail olmağa çalışırıq. Ukraynadakı müharibədə çoxlu insan həlak olur və hər şeyi düzgün etdiyimə əminəm”, - onun dediklərindən “Ukrainskaya pravda” qəzeti sitat gətirir.
![]() |
Tramp: “Zelenski döyüşmək istəyir” |
- Yox, yox, əsla yox. Əksinə, məncə, bu düzgün qiymətləndirildi. Biz başa düşməliyik və siz başa düşməlisiniz ki, əgər kiminsə çoxlu ölümlə nəticələnəcək pis bir iş etdiyini görsəm, müdaxiləmin yeganə səbəbi insanlıqdır. Mən insanlıq naminə müdaxilə edirəm, çünki orada çoxlu insan ölür”, - ABŞ prezidenti vurğulayıb.
Xatırladaq ki, fevralın 28-də Ukrayna prezidenti Volodimir Zelenski Donald Tramp və ABŞ-nin vitse-prezident Cey Di Venslə publik şəkildə mübahisədən sonra Ağ Evi erkən tərk edib. Onda Tramp Zelenskinin ABŞ-yə qarşı etinasızllıq sərgilədiyini və onun sülhə hazır olmadığını demişdi.
Sahil İsgəndərov
AzVision.az