BMT Təhlükəsizlik Şurası toplanır

   BMT Təhlükəsizlik Şurası toplanır
  18 Mart 2025    Oxunub:627
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağını yenidən bombalamağa başlaması fonunda bu gün xüsusi iclas keçirəcək.
"Times of Israel" xəbər saytının məlumatına görə, iclas Nyu-York vaxtı ilə saat 10-da baş tutacaq.
HƏMAS 5 "nazir"in öldüyünü təsdiqləyib - YENİLƏNİB

Xatırladaq ki, İsrail Ordusu bu gecə saatlarından başlayaraq Qəzza zolağını yenidən atəşə tutmağa başlayıb. Aviazərbələr nəticəsində 300-dən artıq mülki vətəndaş həyatını itirib. Eyni zamanda, Fələstinin HƏMAS qruplaşmasının bir sıra ali nümayəndəsi: "Baş naziri", "daxili işlər naziri" və başqaları zərərsizləşdiriliblər.

Digər tərəfdən, Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşması İsrailin qəfil hücumuna cavabən bu ölkə ilə əlaqəli gəmilərə Qırmızı və dəniz ətraf sularda daha ağır şəkildə zərbələr endirəcəyini diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   BMT   İsrail   HƏMAS   müharibə  





Xəbər lenti