Kurskda çürüyən cəsədlər, Qərb texnikalarının görüntüləri yayıldı - VİDEO

 Kurskda çürüyən cəsədlər, Qərb texnikalarının görüntüləri yayıldı  - VİDEO
  17 Mart 2025    Oxunub:623
Rusiya Müdafiə Nazirliyi Kursk vilayətinin Kositsa və Çerkasskoye Poreçnoye yaşayış məntəqələrinin azad edilməsindən sonra döyüş meydanından nadir görüntülər yayıb.
Qeyd edilib ki, “Sever” qoşun qruplarının hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (VSU) səngər və sığınacaqlarını vurduqdan sonra döyüşçülər möhkəmləndirilmiş mövqelərini, texnikalarını qoyub qaçıblar.

Kiyevin "Kursk macərası" bitir
Görüntülərdə ukraynalı əsgərlərin qoyub getdiyi yanmış Qərb istehsalı olan texnikalar, mərmilər və silahlar əks olunub. Batalyonlardan birinin qərargah rəisi, "Vostok" çağırış nişanlı hərbçi Kurskda Çexiya, İsveç və Sinqapur qumbaraatanları, həmçinin “Javelin” tank əleyhinə raket kompleksinin də aşkarlandığını deyib. Kadrlarda çürümüş əsgər meyitləri də aşkar görünür.

Martın 13-də “Sever” qoşun qruplarının komandanlığı Rusiya prezidenti Vladimir Putinə Kurskun 2024-cü ilin avqustunda başlamış işğalına son qoyulması üzrə əməliyyatın yekun mərhələsinə çatdığını məruz etmişdi.

Daha sonra Putin Kurskdan danışarkən sərhəd bölgəsindəki ukraynalı hərbi qruplaşmaların tamamilə təcrid olunduğunu və onların atəş nəzarəti altında qaldıqlarını bildirmişdi. O vurğulayıb ki, bütün əsirlərlə Rusiya qanunlarına uyğun olaraq humanist rəftar edilməlidir. Lakin əcnəbi muzdlular hərbi əsirlərə dair Cenevrə Konvensiyasına daxil deyil. Bundan başqa, Kursk vilayətində dinc əhaliyə qarşı cinayət törədənlərin əməlləri Rusiya hakimiyyəti tərəfindən terrorizm kimi qiymətləndirilir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural Tağıyev

AzVision.az



Teqlər:   Kursk   Rusiya   Ukrayna   Döyüş  





Xəbər lenti