Avropa Rusiyanın pullarını mənimsəmək istəyir

   Avropa Rusiyanın pullarını mənimsəmək istəyir
  18 Mart 2025    Oxunub:527
Böyük Britaniya hökuməti və Avropa İttifaqının (Aİ) rəhbərliyi Ukraynada müharibənin başlamasından sonra dondurulmuş Rusiya aktivlərinin müsadirəsinin hüquqi və maliyyə baxımından rəsmiləşdirilməsi imkanlarını nəzərdən keçirir.
AzVision.az “Bloomberg” agentliynin yaydığı məlumata istinadən xəbər verir ki, bu məsələ Böyük Britaniyanın Xarici İşlər naziri Devid Lemmi ilə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas arasında martın 18-də Londonda keçiriləcək görüş çərçivəsində müzakirə edilir.

“Almaniya və Belçika da daxil olmaqla, bir sıra Aİ ölkələrinin müqavimətinə baxmayaraq, mümkün müsadirə üçün hazırlıqlar davam edir. Bununla razılaşmayan ölkələr belə bir addımın beynəlxalq hüququ poza biləcəyindən və avronun məzənnəsinə təsir göstərə biləcəyindən ehtiyatlanırlar”, - agentliyin mənbələri vurğulayıblar.

Pritzker : "Rusiyanın aktivlərinin müsadirəsi risklər yarada bilər"
Xatırladaq ki, Ukraynaya genişmiqyaslı hərbi müdaxilədən sonra Rusiya Mərkəzi Bankının xaricdə yerləşdirilmiş 260 milyard avrodan çox aktivləri dondurulub ki, onların da böyük hissəsi Belçikanın “Euroclear” depozitarisində saxlanılır.

Bu aktivlərin tam müsadirəsi bir neçə ildir müzakirə olunur, lakin indiyə qədər Aİ yalnız onlardan götürlən gəlirləri ələ keçirməklə məhdudlaşır. Həmin pullar Ukraynanın dəstəklənməsinə yönəldilir. Eyni zamanda, Aİ Rusiya aktivlərinin tam müsadirəsi üçün hələlik hüquqi əsas olmadığını bildirir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:     Rusiya   aktivlər  





Xəbər lenti