Almaniya Suriyaya 300 milyon avro yardım ayırır

   Almaniya Suriyaya 300 milyon avro yardım ayırır
  17 Mart 2025    Oxunub:629
Almaniya Suriya xalqına 300 milyon avro dəyərində humanitar yardım göndərəcək.
"The Guardian" qəzetinin məlumatına görə, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Avropa İttifaqının Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən konfransından qabaq jurnalistlərə açıqlamasında məlumat verib. O diqqətə çatdırıb ki, yardımın yarısından çoxu qida, səhiyyə və təcili sığınacaqların qurulmasına yönəldiləcək.

"İordaniya, Livan, İraq və Türkiyədəki suriyalı qaçqınlar və onlara köməklik göstərənlər də humanitar yardım alacaqlar", - xanım nazir söyləyib.

Məlumat üçün bildirək ki, 2011-ci ildə sabiq prezident Bəşər Əsədin müxalifətə qarşı repressiyası nəticəsində başlayan vətəndaş müharibəsi nəticəsində Suriyanın böyük hissəsi xarabalığa çevrilib. Ölkənin iqtisadiyyatı ağır beynəlxalq sanksiyalara görə acınacaqlı vəziyyətə düşüb. Hazırda Suriyada təqribən 16,7 milyon insanın humanitar yardıma ehtiyacı var.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   Suriya   humanitar-yardım  





Xəbər lenti