Daha iki itkin-şəhidin dəfn mərasimi olacaq

Daha iki itkin-şəhidin dəfn mərasimi olacaq
  18 Mart 2025    Oxunub:627
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 2 nəfər itkin-şəhidin dəfn mərasimlərinə dair məlumat yayıb.
Dövlət Komissiyasından AzVision.az -a bildiriblər ki, martın 19-da Daşqın Nəsrəddin oğlu Behbudov Göyçay rayonunun Mırtı kənd qəbiristanlığında, Atakişi Qəhrəman oğlu Atayev isə Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti