Habbard Tramp və Putindən məhsuldar danışıqlar gözləyir

   Habbard Tramp və Putindən məhsuldar danışıqlar gözləyir
  17 Mart 2025    Oxunub:551
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin Amerika liderinin Ukrayna probleminin sülh yolu ilə həllinə sadiqliyi sayəsində “məhsuldar söhbət” aparacaqlar.
AzVision.az xəbər verir ki, ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Tulsi Habbard buna ümidli olduğunu açıqlayıb.

“Tramp lazımi vaxtda Putinlə məhsuldar söhbət aparacaq. Co Bayden administrasiyası Rusiya ilə dialoqa cəhd göstərməyib. Tramp isə, sələflərindən fərqli olaraq, qısa müddətdə Ukrayna böhranının həllində irəliləyiş əldə edib”, - Tulsi Habbard “NDTV” telekanalına müsahibsəində vurğulayıb.

MKİ-nin direktoru onu da bildirib ki, müzakirələrdə hər iki tərəfdən “ən yaxşı danışıq aparan şəxslər” iştirak edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Habbard   Tramp   Putin  





Xəbər lenti