Ərdoğan Trampla görüşmək istəyir

Xatırladaq ki, martın 16-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Ərdoğan iki müttəfiq kimi Türkiyə və ABŞ-nin yeni dövrdə həmrəylik, nəticəyönlülük və səmimiyyət prinsiplərini rəhbər tutaraq əməkdaşlığı inkişaf etdirəcəyinə tam əmin olduğunu açıqlayıb.
“Regional və qlobal hadisələr Türkiyə ilə ABŞ arasında bütün məsələlər üzrə geniş məsləhətləşmələr tələb edir”, - Rəcəb tayyib Ərdoğan vurğulayıb.
Bununla belə, aprel ayında Ağ Evdə Ərdoğanla Tramp arasında mümkün görüş barədə Türkiyə prezident administrasiyası şərh verməkdən imtina edib.
Sahil İsgəndərov
AzVision.az