Ölənlərin adları aşağıdakı kimidir:
- İssam Dəalis - hökumətin fəaliyyətinin monitorinqi komitəsinin ("Baş nazir);
- Əhməd Əl-Xətta - "Ədliyyə Nazirliyi"nin baş direktoru;
- Mahmud Əbu Vətfə - "daxili İşlər naziri";
- Behcət Əbu Sultan - daxili təhlükəsizlik agentliyinin rəhbəri;
- Əbu Übeydə Əl-Cəmasi - fövqəladə hallar komitəsinin rəhbəri.
* * *
11:05
İsrail Hərbi Hava Qüvvələrinin gecə saatlarından etibarən Qəzza zolağını yenidən bombalamağa başlaması nəticəsində Fələstinin HƏMAS qruplaşmasının bir sıra ali nümayəndəsi həyatını itirib.
Qruplaşmanın adı çəkilməyən iki nümayəndəsinin "Agence France-Presse" xəbər agentliyinə verdiyi məlumata görə, ölənlərin arasında HƏMAS-ın "Daxili İşlər Nazirliyi"nin rəhbəri Mahmud Əbu Vətfə da var.
Eyni zamanda, Qəzzadakı jurnalistlər bildirirlər ki, zərbələr əsnasında HƏMAS-ın siyasi bürosunun üzvü, hökumətin fəaliyyətinin monitorinqi komitəsinin rəhbəri (Baş nazir səviyyəsində) İssam Dəalis də zərərsizləşdirilib.
![]() |
Yaxın Şərqdə müharibə yenidən qızışdı |
Ölən terror rəhbərləri arasında həmçinin HƏMAS-ın fövqəladə hallar komitəsinin rəhbəri Əbu Übeydə Əl-Cəmasi, "Daxili İşlər Nazirliyi"nin ali rütbəli nümayəndəsi Behcət Əbu Sultan və Qəzza üzrə "Ədliyyə Nazirliyi"nin Baş direktoru Əhməd Əl-Xəttanın da adları çəkilir.
Xatırladaq ki, İsrail Ordusu bu gecə saatlarından başlayaraq Qəzza zolağını yenidən atəşə tutmağa başlayıb.
Firudin Həmidli
AzVision.az