İsrail Türkiyəyə güvənmir

İsrail Türkiyəyə güvənmir
  22 Aprel 2013    Oxunub:1344
Qaz kəmərləri bu ölkənin ərazisindən keçərsə, İsrail daim problemlə üzləşəcək.
Bu haqda məlumatı Yunanıstanın "Yunan Simerini" qəzeti yayıb. Xəbərdə qeyd olunur ki, İsrailin baş naziri Benyamin Netanyahu bu ölkədə çıxarılan mavi yanacağın Türkiyə vasitəsilə Avropaya daşınmasının əleyhinədir.

Yəhudi baş nazir rəsmi Ankaraya güvənmədiyini açıq şəkildə etiraf edib və bildirib ki, qaz kəmərləri bu ölkənin ərazisindən keçərsə, İsrail daim problemlə üzləşəcək.

Suriya və Livan variantlarının da rəsmi Təl-Əvivi qane etmədiyini deyən Netanyahu ən yaxşı marşrut kimi Cənubi Kipri göstərib. Yunan qəzetinin iddialarına görə, İsrail qazını Avropaya çıxaracaq kəmər məhz bu ölkədən keçəcək.


Teqlər:  





Xəbər lenti