Rusiya və Türkiyə Qəzza zolağında atəşkəsin vacibliyini vurğulayıb

Məsləhətləşmələrdə Rusiya tərəfini Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov, Türkiyə tərəfini isə Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz təmsil edib.
Ətraflı müzakirə zamanı əsas diqqət Suriyada və Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin inkişafına yönəldilib. Bəyanatda həmçinin Qəzza zolağında atəşkəsin tezliklə baş tutması zəruriliyi dilə gətirilib.
AzVision.az
Teqlər: