Rinoplastika etdirən aktrisanın burnu qaraldı - FOTOLAR

   Rinoplastika etdirən aktrisanın burnu qaraldı    - FOTOLAR
  23 Aprel 2025    Oxunub:384
Çində maraqlı hadisə baş verib. "Daily Mail"in yaydığı məlumata görə, qadının burnu uğursuz rinoplastika əməliyyatından sonra qaralmağa başlayıb.
"Çinli aktrisa Qao Liu Quançjoudakı "She's Times" klinikasında uğursuz rinoplastika əməliyyatının qurbanı olub. Əməliyyatdan sonra onda toxuma nekrozu yaranıb - qan dövranı pozulduğundan burnunun ucu qaralmağa başlayır. Onun təcili xəstəxanaya yerləşdirilməsinə və bir neçə rekonstruktiv əməliyyata baxmayaraq, burun zədələnmiş halda qalıb",- nəşr yazıb.

Qeyd edilib ki, əməliyyatı həyata keçirən cərrah He Min təkbaşına plastik əməliyyat keçirmək üçün lazımi kvalifikasiyaya malik olmayıb. Klinika və həkim cərimələnsə də, tezliklə məlum olub ki, həmin komanda eyni ünvanda qeydiyyatda olan yeni adla fəaliyyətini davam etdirir.



Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər: Çin   Burun  





Xəbər lenti