Yaralı əsgərlərimizdən xəbər var
Türkiyənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, əsgər Ədalət Məmmədovun vəziyyəti kritik olsa da həkimlərin səyi nəticəsində həyatı təhlükəsi sovuşub.
Qeyd edək ki, cəbhə xəttində erməni hücumu zamanı yaralanan 3 əsgərlərimiz müalicə üçün Türkiyəyə göndərilib. Əsgərlərimizdən Ədalət Məmmədov Ankara Təhsil və Araşdırma Xəstəxanasına, Elvin Əsgərov və Sərxan Tahirzadə isə Atatürk Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
AzVision.az