Cavad Heyət Bakıda dəfn olunacaq

Cavad Heyət Bakıda dəfn olunacaq
  15 Avqust 2014    Oxunub:1675
Görkəmli azərbaycanlı cərrah, professor Cavad Heyət Bakıda dəfn olunacaq.
Mərhumun ailəsindən verilən məlumata görə, o, sabah Fəxri Xiyabanda dəfn olunacaq: “Vida mərasimi ilə bağlı məsələlər dəqiqləşdirilir. Bir də onu deyə bilərik ki, vida Azərbaycan Milli Elmlər Akademiyasında olacaq. Mərasimin vaxtı və digər məsələlər barədə sabah məlumat veriləcək”.

Qeyd edək ki, Cavad Heyət avqustun 12-də dünyasını dəyişib.

O, bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

C. Heyət pnevmoniya diaqnozu ilə müalicə olunurdu.(apa)


Teqlər:





Xəbər lenti