Gənclər nifrətə `yox` deyəcək
27 avqust 2014-cü ildə təlimin açılış mərasimi olacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə DANİB-in həyata keçirdiyi “Nifrət Nitqinə Yox Hərəkatı Gənclərin Gözü ilə” layihəsi sülh şəraitində birgə yaşamaq, qarşılıqlı inam və mədəni əlaqələr üçün dialoqun qurulması, sülh quruculuğu, dözümlülük, sərhədlərarası əməkdaşlıq, fəal vətəndaşlıq və şəxsi-professional inkişaf, milli dəyərlərə söykənərək qeyri formal təhsil vasitəsilə gənclərin fəal iştirakının artırılmasını hədəfləyir.
27 -31 avqust 2014-cü il tarixlərində AF Hoteldə keçiriləcək təlimdə ölkənin Şəmkir, Gəncə, Kəlbəcər, Bərdə, Qəbələ, Tovuz, Lənkəran və digər şəhər, rayonları təmsil edən 25 gənc iştirak edəcək. 5 gün müddətində davam edəcək təlimdə iştirakçılara layihə çərçivəsində hazırlanmış kitabça və poster və digər təbliğat materialları təqdim olunacaq.
Təlim kursları hazırlanmış proqrama uyğun olaraq bu sahədə beynəlxalq təcrubəsi olan yerli ekspert tərəfindən aparılacaq.
Teqlər: