Toy sevinci yasa döndü: 2 ölü, 6 yaralı
Qəza zamanı hər üç avtomobilin sürücüləri və onların sərnişinləri - 19 yaşlı Əli Şahverdiyev, 70 yaşlı Kimya Əfəndiyeva, 14 yaşlı Elvin Qurbanov, 37 yaşlı Ramil Qurbanov və 31 yaşlı Gülnar Musayeva ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. "Hyundai"ın sürücüsü İsgəndər Əhmədov isə hadisə yerində dünyasını dəyişib. Yaralılardan Ramil Qurbanovun vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə aparılıb. Həkimlərin səyinə baxmayaraq 31 yaşlı Gülnar Musayeva xəstəxanada dünyasını dəyişib.
Həkim Məharət Kərimov bildirib ki, Dəliməmmədli şəhər ərazisində avtoqəza nəticəsində xəsarət alan 8 nəfər gətirilib: "Onlardan biri gətirilən zaman dünyasını dəyişib. Bir nəfər isə 13:35 radələrində sağlamlığı həyat üçün uzlaşmadığı üçün vəfat edib. Xəstələrdən biri isə Bakı şəhərinə, Neyrocərrahiyyə mərkəzinə göndərilib".
İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət və sürücülərin sərxoş olması göstərilir. "Mercedes"in sürücüsü Rövşən Bayramov və "Hyundai" sürücüsü İsgəndər Əhmədov həmkəndli olublar və hadisə onlar Gəncədən toy mərasimindən qayıdan zaman baş verib. Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Teqlər: