Tənha ana yardım istəyir

Tənha ana yardım istəyir
  11 Sentyabr 2014    Oxunub:1625
Şəkildə gördüyünüz və ömrünün 3-cü baharını yaşayan Aynur Qəhrəmanovanın yaşının az olmasına baxmayaraq, böyük bəla ilə mübarizə aparır. Həkimlər ona doğuş zamanı beyin travması diaqnozu qoyublar.
Hələ dünyanı tam dərk etməyən Aynurə xəstəliklə yanaşı ata qayğısızlığından da əziyyət çəkir. Anası Vüsalə xanımın dediklərinə görə, uşaq dünyaya gələr gəlməz həyat yoldaşı onları tərk edib.

- Ailəmizin dağılması ilə yanaşı uşağımın da xəstə olması mənim dərdimi daha da artırıb. İynə-dərman, gündəlik təlabatımıza demək olar ki, gücümüz çatmır. Vəziyyətin ağır olduğunu görüb aliment üçün məhkəməyə müraciət etdim. Məhkəmə keçmiş həyat yoldaşıma ayda 50 manat aliment ödəməsi barədə qərar çıxardı. Hazırda aylıq gəlirim məhz həmin 50 manatdan ibarətdir.

Vüsalə xanım onu da qeyd etdi ki, mövcud vəziyyətinə görə sosial yardım almaq hüququ olsa da, ona bu yardım ayrılmır. Səbəbi isə hər hansı bir formada izah edilmir: “Hazırda valideynlərimin mənə verdiyi balaca daxmada şəraitsiz vəziyyətdə yaşamaq çox çətindir. Nəzərə alsaq ki, 3 yaşlı xəstə körpədə bu vəziyyətdə yaşayır“.

Ümidini Allaha bağlayan “başsız ana” övladının sağalması və sosial rifahının yaxşılaşdırılması üçün dövlətdən və imkanlı insanlardan yardım istəyir. Əlaqə telefonu: 0706146105


Teqlər:





Xəbər lenti