63 yaşlı kişi dənizdə batdı

63 yaşlı kişi dənizdə batdı
  13 Sentyabr 2014    Oxunub:1302
Xızı rayon sakini dənizdə batıb.
AzVision.azFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xızı rayonu, Yaşma kəndi ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 55 km aralıda) 1951-ci il təvəllüdlü Şeyxi Arif Rəhim oğlu batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. A.Şeyxinin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:10-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti