Öcalan azad ediləcəkmi?

Öcalan  azad ediləcəkmi?
  30 Aprel 2013    Oxunub:1387
AKP-dən olan millət vəkili PKK-nın həbsdə olan liderinin azadlığa buraxılacağına dair iddialara cavab verib
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) kürd əsilli millət vəkili Mehmet Mir Dengir Fırat PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın azadlığa buraxılacağına dair iddialara cavab verib. Fırat bunun uzaq bir ehtimal olduğunu, Öcalanın da belə bir tələbinin olmadığını vurğulayıb.

Axşam qəzetinə müsahibəsində o, “Öcalan ancaq ölüncə azad ola bilər” ifadələrini səsləndirsə də “...kürdləri axmaq hesab edirlər. Antalyanı ,Marmarisi tərk edib Bingölün dağlarındamı yaşasınlar?” deməklə onların bir türk vətəndaşı kimi hüquqlarını müdafiə edib.

“Əlbəttə ki, Öcalan da bir gün azad olacaq. Onun həbsxanadan cənazəsi çıxacaq... O zaman azad olacaq. Kimin nə qədər yaşayacağını bilə bilmərik. Amma insan öldüyü vaxt azad olur. 10 – 20 il sonra nə olacağını, baş nazirimizin bilməsi mümkün deyil! Amma bu gün, bu proses daxilində onun bağışlanması mümkün deyil. Bu heç məntiqə də sığmır.Baş nazir düz deyir, kimlərsə onun azadlığa buraxılacağını deməklə təxribatla məşğuldur... Heç kim onu buraxa bilməz. Heç bir qüvvə ictimaiyyətin təzyiqi qarşısında tab gətirə bilməz. Onsuzda hesab etmirəm ki, Öcalanın da belə bir tələbi ola...”, – deyə kürd əsilli iqtidar millət vəkili bildirib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti