Gürcüstanın naziri istefa verdi

Gürcüstanın naziri istefa verdi
  02 May 2013    Oxunub:1359
Gürcüstanın Kənd Tsərrüfatı Nazirliyinin yüksək vəzifəli məmurları cinayət məsuliyyətinə cəlb edilib
Gürcüstanın kənd təssərüfatı naziri David Kirvalidze rəhbəri olduğu nazirliyin bir sıra yüksək vəzifəli məmurları ilə bağlı araşdırmalar yekunlaşanadək səlahiyyətinin dayandırılmasını xahiş edib:

”Həqiqət üzə çıxana qədər gözləyəcəm”-deyə nazir istefaya getdiyini bəyan edib.

Qeyd edək ki, sözügedən məmurlar dövlət büdcəsindən 2.5 milyon lari mənimsədiklərinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. David Kirvalidze isə onların həbsi ilə razılaşmır.

Gürcüstan Daxili İşlər nazirliyindən verilən məlumata görə aparılan istintaq tədbirləri çərçivəsində Kənd Təsərrüfatının nəzdindəki idarələrdən birinin rəisi Omar Tedoradze, Mexanizasiya İnstitutunun direktoru Zaza Maxaroblidze və “Mexanizator” MMC-nin direktoru Vaja Naxutsrişvili və onun iki müavini Mamuka İvanidze və Besik Tetvadze, Aqrar Universitetin professoru Otar Karçava saxlanılıb.

“ Əməllərini ört basdır etmək, istintaqın nəticələrini öz xeyrinə dəyişmək üçün saxlanılan məmurlar, cinayət işini araşdıran ekspertlər qrupuna təzyiq göstəriblər”-deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Nazirlər kabinetinin toplantısından sonra mediyaya açıqlama verən nazir istefa qərarını hökumətin atdığı kortəbii addımlarla əsaslandırıb.

Səbinə Həsənova
AzVision .az



Teqlər:  





Xəbər lenti