Məleykə Abbaszadə yeni nazirə cavab verdi

Məleykə Abbaszadə yeni nazirə cavab verdi
  07 May 2013    Oxunub:1598
"Hələki attestalar qanunvericiliyə uyğun veriləcək".
AzVision.az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə təhsil naziri Mikayıl Cabbarovun 11-ci sinfi bitirən bütün məzunlara attestatın verilməsinin tərəfdarı olması ilə bağlı söylədiyi fikrə münasibət bildirərkən deyib.

M. Abbaszadə qeyd edib ki, hələlik attestatlar məzunlara mövcud qanunvericiliyə uyğun olaraq veriləcək:

"Mövcud qanunvericilik var. Hələki attestalar qanunvericiliyə uyğun veriləcək. Bu, hələ təklifdir. Bu təklif müzakirə edilib, qərar qəbul olunduqdan sonra onu icra edəcəyik".

Qeyd edək ki, yeni təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bütün şagirdlərin attestat almasının tərəfdarı olduğunu söyləyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti